“Müharibə olsa belə, Ukraynaya yardımı davam etdirəcəyik”.
Teleqraf.com xəbər verir ki, bunu Estoniya Baş naziri Kaja Kallas deyib.
“Estoniya dövləti Ukrayna və onun xalqını dəstəkləyir və Rusiyanın Ukraynaya təcavüzü müharibəyə səbəb olsa belə, ona kömək edəcəyik. Ukraynaya dəstəklə bağlı daim müttəfiqlərimizlə məsləhətləşirik”, - baş nazir bildirib.
Xarici işlər naziri Eva-Mariya Limets isə Estoniyanın Kiyevdəki səfirliyinin işinə davam edəcəyini və Ukraynanı tərk etmək istəyən Estoniya vətəndaşlarına kömək edəcəklərini söyləyib.
Estoniya müdafiə naziri Kell Lanet də Ukraynaya verdikləri dəstəyi davam etdirəcəklərini və orada Ukrayna hərbçilərinə təlim keçən hərbi mütəxəssislərini geri çəkməyəcəklərini deyib.