15 Fevral 2022 10:35
1 039
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Ukrayna arasında müharibənin qarşısını almaq üçün Almaniya, ABŞ, Böyük Britaniya və Türkiyə ilə sıx müzakirələrin aparıldığı vəziyyətdə Vaşinqtondan verilən açıqlama Moskvanın “diplomatiyaya açığıq” mesajını aradan qaldırır.

Teleqraf.com xatırladır ki, 2014-cü ildə Rusiyanın Krımı ilhaqı ilə başlayan gərginlik son həftələrdə daha da artıb. Rusiya Belarusla birlikdə Ukrayna sərhədinə qoşun toplayıb həm qurudan, həm də dənizdən hərbi təlimlərə başlasa da, Almaniya, ABŞ, Türkiyə və İngiltərə müharibənin baş verməməsi üçün sıx diplomatik cəhdlər həyata keçirir.

Bölgədə müharibənin qarşısını almaq üçün zamanla yarış davam edərkən ABŞ kəşfiyyatının “Rusiya fevralın 16-da Ukraynaya hücum edəcək” - iddiasının mediaya sızmasından az əvvəl Vaşinqton administrasiyasından müharibə ehtimalını artıracaq açıqlama gəlib.

Rusiya Xarici işlər naziri Sergey Lavrov bu gərginliyin sülh yolu ilə həll oluna biləcəyinə işarə vuraraq, Qərblə danışıqların davam edə biləcəyini dedikdən sonra ABŞ-dan çox sərt reaksiya verilib.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, biz Lavrovun sözlərini nəzərə aldıq, amma qeydlərimiz arasında gərginliyin azaldığına dair heç bir işarə yoxdur: “Biz hələ də deskalasiyanın real əlamətlərini görməmişik”.

Lavrovun sözlərinin sərhəddəki rus əsgərlərinin hərəkətləri ilə ziddiyyət təşkil etdiyini vurğulayan ABŞ diplomatı bildirib ki, Rusiyanın müharibə əvəzinə diplomatik yolu seçib-seçməyəcəyi bəlli deyil.

Digər tərəfdən Pentaqon sözçüsü Con Kirbi də rus əsgərlərinin son 48 saatda sərhəddə cəmləşməsi ilə bağlı bildirib ki, onlar xəbərdarlıq etmədən hərəkət edə bilərlər: “Hücum variantına hazır olmaq üçün bütün hərəkətlərini edir. Lavrovun açıqlamaları göstərir ki, Putin hələ də diplomatiya üçün oksigenin olduğunu düşünür. ABŞ Rusiyanın bu addımından məmnundur”.


Müəllif: Nemət

Oxşar xəbərlər