Türkiyə prezidentinin kabineti iki həftəlik fasilədən sonra toplanacaq.
Teleqraf.com xəbər verir ki, kabinetin iclasına Prezident Rəcəb Tayyib Ərdoğan sədrlik edəcək.
İclasda daxili məsələlərlə yanaşı, beynəlxalq gündəm də müzakirə olunacaq.
Gündəm başlığı Ukrayna və Rusiya arasındakı gərginlik olacaq. Bölgədəki təzyiqi azaltmaq üçün həm Prezident Ərdoğan, həm də aidiyyəti qurumların təmasları müzakirə ediləcək. Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri ətrafında fikir mübadiləsi aparılacaq.
İclasda BƏƏ ilə münasibətlər və İsrail Prezidenti İshaq Hersoqun gələn ay Türkiyəyə səfəri müzakirə olunacaq.
Ermənistanla xüsusi nümayəndələr səviyyəsində aparılan danışıqlar və münasibətlərdəki son duruma da baxılacaq.