Rusiya Dövlət Duması plenar iclasda “Donetsk və Luqansk xalq respublikalarının” tanınması haqqında qərar layihəsinə səs verib.
Teleqraf.com xəbər verir ki, parlamentin aşağı palatasının spikeri Vyaçeslav Volodinin qeyd etdiyi kimi, sənəd dərhal dövlət başçısına göndəriləcək.
O vurğulayıb ki, parlamentarilərin fikrincə, tanınma təhlükəsizlik zəmanətlərinin təmin edilməsinə və respublikaların sakinlərinin xarici təhdidlərdən qorunmasına zəmin yaradacaq.
Rusiya Federasiyası Kommunist Partiyasının deputatları yanvarın 19-da Rusiya prezidentinə Donbas “respublikalarının” müstəqil dövlətlər kimi tanınması və dövlətlərarası münasibətlərin hüquqi əsaslarının yaradılması və bütün münasibətlərin tənzimlənməsi üçün onların rəhbərliyi ilə ilkin danışıqların aparılması ilə bağlı müraciət layihəsi təqdim ediblər. Bu layihədə əməkdaşlıq və qarşılıqlı yardımın aspektləri də nəzərdə tutulub.
Fevralın 14-də hakim “Vahid Rusiya”dan olan deputatlar Dövlət Dumasına Kommunist Partiyasının qətnamə layihəsi üzrə Xarici İşlər Nazirliyi ilə məsləhətləşmələr haqqında qərar layihəsi təqdim ediblər.