16 Fevral 2022 09:40
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb dövlətləri Rusiyanın Ukraynaya mümkün hücumunun hər an başlaya biləcəyi mesajını verərkən, bu gün NATO-da kritik toplantı keçiriləcək.

Teleqraf.com xəbər verir ki, NATO ölkələrinin müdafiə nazirləri alyansın Brüsseldəki mənzil-qərargahında görüşəcəklər.

Türkiyə müdafiə naziri Hulusi Akarın da qatılacağı toplantıda NATO-nun Avropanın şərq və cənub-şərqində varlığının gücləndirilməsi ilə bağlı qərarlar müzakirə olunacaq.

NATO-nun bu addımının bölgədə gərginliyi daha da artıra biləcəyi bildirilir. Rusiya 1997-ci ildə Bolqarıstan və Rumıniya da daxil olmaqla NATO-ya üzv olmayan ölkələrdən tələb etdiyi təhlükəsizlik zəmanətləri çərçivəsində canlı qüvvələrin, texnikaların və silahların çıxarılmasını tələb etmişdi. Amma Rusiyanın etirazına baxmayaraq Bolqarıstan və Rumıniya 2004-cü ildə NATO-ya üzv oldu. Moskva NATO-nun şərqə doğru genişlənməsini dayandırmasının hərbi gərginliyin azaldılmasının ən mühüm şərti olduğunu bildirib. NATO isə Rusiyanın tələbini rədd edərək alyansın “açıq qapı” siyasətini dəyişməyəcəyini və hər bir suveren ölkənin hansı ittifaqa üzv olacağına özünün qərar verəcəyini bəyan edib.

NATO Rusiya ilə gərginlik artırdıqdan sonra Baltikyanı ölkələr - Estoniya, Latviya, Litva və Polşada hava, dəniz və quru qüvvələrinin sayını artırıb. Alyansın bölgədə yerləşdirilən qoşunların sayı bir neçə həftə ərzində 4000-dən 5000-ə yüksəlib. Danimarka, Hollandiya, İspaniya, ABŞ və İngiltərənin göndərdiyi döyüş gəmiləri və qırıcılarda bura daxildir. Bundan əlavə, son həftələrdə Rumıniya və Bolqarıstanda NATO ölkələrinin hərbçi və döyüş təyyarələrinin sayı artırılıb. Rumıniyada hələ də NATO ölkələrinə məxsus iki mindən çox hərbçi var.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər