16 Fevral 2022 09:53
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Müdafiə Nazirliyi və Silahlı Qüvvələrinin internet resursları, habelə Privatbank və Oşadbank kiber hücuma məruz qalıb.

Teleqraf.com xəbər verir ki, Müdafiə Nazirliyinin verdiyi açıqlamada nazirliyin internet saytının fəaliyyət göstərmədiyini təsdiqləyib, saytın yenidən aktivləşdirilməsi istiqamətində işlərin davam etdirildiyi bildirilib.

Kiber hücumun hədəfi olan Privatbank və Oşadbankın internet bankçılıq xidmətlərində problemlər olduğu bildirilib.

Ukrayna Strateji Kommunikasiyalar və İnformasiya Təhlükəsizliyi Mərkəzinin açıqlamasında Privatbankın əmanətçilərinin vəsaitləri üçün heç bir təhlükə olmadığı qeyd edilib.

Bəyanatda hücumun arxasında Rusiyanın dayandığı qeyd olunmasa da, onların vasitəsilə olduğu iddia edilib.


Müəllif: Nemət

Oxşar xəbərlər