Amerika rəhbərliyi Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) əməkdaşlarını müvəqqəti olaraq Kiyevdən köçürüb.
Teleqraf.com xəbər verir ki, bu barədə mənbələrinə istinadən “The New York Times” məlumat yayıb.
Mənbə qəzetə deyib ki, MKİ stansiyası çərşənbə axşamı Kiyevdən müvəqqəti olaraq köçürülüb.
Qəzet yazır ki, ABŞ dövlət katibi Entoni Blinken ölkəsinin Ukraynadakı səfirliyinin müvəqqəti olaraq Kiyevdən Lvova köçürülməsini elan edən gündən bir gün sonra müvafiq tədbirlər görülüb.
Nəşr ABŞ Kəşfiyyat İdarəsinin rezidentliyinin harada yerləşdirilə biləcəyi barədə məlumat vermir.
Qəzet mənbələrinə əsasən yazır ki, Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşlarının Kiyevdən köçürülməsi ABŞ-ın Rusiyanın bu ölkədəki fəaliyyəti ilə bağlı kəşfiyyat məlumatlarını toplamasını çətinləşdirəcək.