16 Fevral 2022 12:58
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Rusiya prezidenti Vladimir Putin və Xarici İşlər naziri Sergey Lavrovun “Biz danışıqlara hazırıq” mesajından sonra bəzi rus qoşunları bölgədən geri çəkilib. Bu gün verilən açıqlamaya görə, Krımdakı hərbi birləşmələr bölgədən geri çəkilib.

Teleqraf.com xatırladır ki, Rusiya-Ukrayna sərhədindəki gərginlik aylardır dünyanın bir nömrəli gündəm mövzusu olub. Rusiyanın ardıcıl təlimləri “hər an müharibə başlaya bilər” siqnalını versə də, son hadisələr gərginliyi müəyyən qədər azalda bilib.

Bu saatlarda məlum olub ki, Moskva Krımda keçirilən hərbi təlimlərin başa çatdığını və əsgərlərin geri çəkildiyini açıqlayıb.

“Təlimlərdə iştirakını başa vuran Cənub Hərbi Dairəsinin bölmələri daimi dislokasiya məntəqələrinə keçirlər”, - Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.


Müəllif: Nemət

Oxşar xəbərlər