16 Fevral 2022 13:25
354
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın hüquq-mühafizə orqanları ölkə prezidenti Vladimir Zelenskinin nəzarəti altında ötən həftə sonu Krımdan 30 km aralıda inzibati binaların və polis idarələrinin şərti olaraq zəbt edilməsini aparıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə çərşənbə günü ölkənin daxili işlər nazirliyinin rəhbəri Denis Monastırski “Birlik marafonu” televiziyasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri 2014-cü ildən başlayaraq Ukraynada baş verən bütün hadisələri öyrənərək bir sıra təlimlər keçirib: “Ötən gün Rusiya Krım ilə sərhəddə təlim keçirib. Biz bu həftə sonu Krım Muxtar Respublikası ilə inzibati sərhəddən 30 km aralıda bu hadisələrin bütün mümkün ssenarilərini işlədik”.

Nazir qeyd edib ki, təhlükəsizlik qüvvələri inzibati binaların və polisin mümkün zəbtinə, habelə müvafiq qərarların qəbul edilməsinin operativliyinə öz reaksiyasını təcrübədən keçirir: “Hər şey bir saatdan az davam etdi”.

Daxili İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, Ukrayna ölkə daxilində 2014-cü ildə Xarkov, Luqansk, Donetskdə baş verənlər kimi heç bir separatçı təzahürlərə imkan verməyəcək.


Müəllif: Nemət

Oxşar xəbərlər