Bundan əvvəl HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarını terror təşkilatı elan edən Avstraliya İslam Müqavimət Hərəkatını yəni, Fələstində Qəzzanı idarə edən HƏMAS-ın siyasi qanadını da eyni siyahıya əlavə edib.
Teleqraf.com xəbər verir ki, Avstraliya daxili işlər naziri Karen Endryus hökumətin terror təşkilatları siyahısını yenilədiyini açıqlayıb.
O, Fələstini idarə edən HƏMAS-la yanaşı, Suriyada Heyət Təhrir əş-Şam, Hürrəs əl-Din və ABŞ-da yerləşən Nasional Sosializm Nizamı qruplaşmalarının terror təşkilatları siyahısına əlavə etdiklərini deyib.
“HƏMAS və adları sadalan digər ekstremist qruplaşmaların fikirləri dərin narahatlıq doğurur və Avstraliyada onların mənfur ideologiyasına yer yoxdur”, - Endyrus söyləyib.