Estoniya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Mikk Marran Rusiyanın sərhədə qoşun yeritməkdə davam etdiyini bəyan edərək, Ukraynaya hücum ehtimalı olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, Ukrayna ilə Rusiya arasında böhran davam edərkən, Estoniya Moskvanın Ukraynaya hücum edə biləcəyini bəyan edib.
Estoniya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Mikk Marran Rusiyanın Ukrayna sərhədinə qoşun yeritməyə davam etdiyini bildirib:
“Ukraynaya qarşı məhdud hərbi hücuma keçmə ehtimalı var. Sözügedən hücumun raketlərlə həyata keçiriləcək və Ukraynada vacib bir bölgənin işğalını ehtiva edəcək”.
“Hazırda bizim qiymətləndirməmiz budur ki, onlar (Rusiya) izdihamlı şəhərlərdən qaçacaqlar. Bu əraziləri idarə etmək üçün çoxlu əsgər lazımdır. Amma rus əsgərlərinin hansı yollardan istifadə edəcəyinə dair konkret anlayış yoxdur”, - Estoniyanın baş çekisti deyib.