Çinin Şanxay şəhərində Yaponiya vətəndaşı casusluq ittihamı ilə həbs edilib.
Teleqraf.com xəbər verir ki, Yapon mediası diplomatik qaynaqlardan əldə etdiyi məlumata görə, 50 yaşlı şəxs ötən ay saxlanılıb.
Çin təhlükəsizlik orqanları tərəfindən casusluq və qanunları pozmaq ittihamı ilə həbs edilən və adı açıqlanmayan Yaponiya vətəndaşının sağlamlıq vəziyyətinin müəyyənləşdirilməsinə çalışıldığı bildirilib.
Yapon hökumət sözçüsü bildirib ki, rəsmi strukturlar prosesi izləyir.
Qeyd edək ki, 2014-cü ildə də Çin təhlükəsizlik qüvvələri casusluq ittihamı ilə 15 Yaponiya vətəndaşını saxlamışdı. Onlardan 8-i həbs müddətini başa vurduqdan sonra Yaponiyaya qayıda bilib. Onlardan biri 70 yaşlı şəxs isə Çin həbsxanasında ölmüşdü.