17 Fevral 2022 16:55
986
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Luqanskın Stanitsia qəsəbəsində uşaq bağçasının atəşə tutulması böyük təxribatdır”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Prezident eyni zamanda ATƏT-in Ukraynada qalmasının və atəşkəs rejiminin bütün pozuntularını qeydə ala bilməsinin vacibliyini vurğulayıb:

“Rusiyayönümlü qüvvələrin Luqanskın Stanitsia qəsəbəsində uşaq bağçasını atəşə tutması böyük təxribatdır. Diplomatların və ATƏT-in Ukraynada qalması vacibdir - onların monitorinq fəaliyyəti əlavə çəkindirici qüvvədir. Bizə bütün pozuntuları qeydə almaq üçün effektiv mexanizm lazımdır".

Xatırladaq ki, bu gün Donbasda gərginlik maksimum həddə çatıb, separatçılar Luqanks və Donetskdə günün əvvəlindən 29 dəfə atəşkəs rejimini pozub.

Eyni zamanda işğalçılar Luqanskın Stanitsia qəsəbəsində uşaq bağçasını və Popasnyanski rayonunun Vrubovka kəndini atəşə tutublar, nəticədə liseyə mərmi düşüb, qaz xətti zədələnib


Müəllif: Nemət

Oxşar xəbərlər