Polşa Rusiya ilə sərhəddə hasar tikmək niyyətindədir.
Teleqraf.com xəbər verir ki, bu barədə ZET radiosuna Polşanın müdafiə nazirinin müavini Voytsex Skurkeviç bildirib.
“Biz hazırda sərhəddə hasar çəkmirik, sadəcə olaraq planlaşdırırıq” – deyə Skurkeviç əlavə edib.
Qeyd edək ki, Polşa Rusiyanın Kalininqrad vilayəti ilə həmsərhəddir. 2 ölkə arasında quru sərhədinin uzunluğu 203,3 kilometrdir.