18 Fevral 2022 13:12
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın sabiq xarici işlər naziri Pavel Klimkin Rusiyadan yeni təxribatların olacağını proqnozlaşdırır.

Teleqraf.com xəbər verir ki, sabiq nazir Donbasda baş verən dünənki gərginlikdən sonra Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi ehtimalının azaldığını, əvəzində təxribatların artdığını qeyd edib.

Onun sözlərinə görə, Putin heç vaxt proqnozlaşdırılan hərəkəti etməyəcək: “Genişmiqyaslı əməliyyat planlaşdıranda isə bunu mütləq gizlədəcək və dünənki kimi mərmi “hədiyyəsi” təşkil etməyəcək.

Sabiq xarici işlər naziri əmindir ki, Rusiya Federasiyasının prezidenti Minsk razılaşmasını kobud şəkildə pozmaqla diqqəti cəlb etmək üçün qiyməti qaldırıb.

Kremlin növbəti təxribatının Dövlət Dumasının Luqanski və Donetskidəki separatçı rejimlərin müstəqilliyini tanınması haqda müraciəti olduğunu bildirən Pavel Klimkinin ehtimalına görə, qəbul edilən sənəd Putinə iki "kozr" verir: “Bununla Putin ən yaxşı sülhməramlı olduğunu göstərmək istəyir. Nümayiş etdirir ki, görürsünüz, bu gün Rusiyada daha pis şeylər var və mən bu fonda mövqe tuturam. İkincisi, Duma Putinə qarmaqlı tapança verdi və o, bu qarmağı basa da bilər”.

O həmçinin deyib ki, Rusiya passportu olan insanlar arasında seçki keçirmək mümkün olmadığı üçün Minsk razılaşmaları heç vaxt yerinə yetirilməyəcək.

Sabiq nazir proqnoz edir ki, sonradan Putin separatçı rejimlərin müstəqilliyini tanıya və özünün “sülhməramlılarını” ora göndərə bilər: “Bu, Abxaziya olacaq: Rus qoşunlarının tətbiqi, bir növ sövdələşmə və təxribatlardan sonra istifadə edilə bilən mavi dəbilqələr... İnanıram ki, yaxın günlərdə Putin tərəfindən böyük addımlar atma ehtimalı azalıb, lakin təzyiqlər 100 faiz artacaq. Və payızda çətin olacaq”.


Müəllif: Nemət

Oxşar xəbərlər