18 Fevral 2022 13:47
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Senatı müstəqil Ukraynaya dəstək verən qətnaməni təsdiqləyib və Rusiyanın hərbi təcavüzünü pisləyib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, qətnamə heç bir etiraz olmadan yekdilliklə qəbul olunub.

Senatorların qətnaməsi qanuni qüvvəyə malik deyil, lakin rəsmi olaraq ABŞ-ın təhlükəsiz, demokratik və müstəqil Ukraynaya sarsılmaz dəstəyini bəyan edir və Rusiyanın Ukrayna ilə sərhəddə hərbi gücünün artırmasını pisləyir.

Qeyd edək ki, sözügedən qətnaməni Ohayo ştatından senator Rob Portman Nyu-Hempşir ştatından demokrat senator Gen Şehin hazırlayıb.

Qeyd olunur ki, bütün həftə senatorlar regionda artan gərginliyə reaksiya verməyə çalışıb, onların bir çoxu Rusiya iqtisadiyyatına təsir edən Rusiya prezidenti Vladimir Putinə qarşı sanksiyalar tətbiq etməklə daha da irəli getməyə çalışıblar.

Lakin diplomatik səylər fonunda senatorlar Ağ Evin strategiyasına arxalanaraq sanksiyalar tətbiq etməkdən çəkiniblər.

Qəbul edilmiş qətnamə ABŞ prezidenti Co Baydeni, ABŞ hökumətini Rusiyaya əhəmiyyətli xərclər qoymaq və Avropada sülhü bərpa etmək üçün bütün mövcud vasitələrdən istifadə etməyə çağırır.

Bununla belə, yekun mətndə qeyd olunur ki, qətnamə Rusiyaya qarşı hərbi güc tətbiqinə və ya ABŞ qüvvələrinin Ukraynaya daxil olmasına icazə verən kimi şərh edilməməlidir.

Senatorlar bildiriblər ki, administrasiya Konqresdən asılı olmayaraq təkbaşına sanksiyalar tətbiq edə bilər.


Müəllif: Nemət

Oxşar xəbərlər