“Rusiya hərbçiləri daimi gərginlikdən yorulub və Ukrayna ilə müharibəyə getmək istəmir. Ukrayna ilə sərhədə gətirilən rus qoşunları bu gün ruhdan düşmüş vəziyyətdədir”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Ukraynanın sabiq müdafiə naziri, ordu generalı Vitali Radetski “Qordon” tok-şousunda bəyan edib.
General həmçinin Rusiya hərbçilərinin Ukrayna ilə müharibəyə qarşı olduğunu iddia edib.
“Mən bir çox rusla oxumuşam və bu gün də Frunze Akademiyasında, Baş Qərargah Akademiyasında mənimlə birlikdə oxuyanlarla əlaqə saxlayıram. Onların bəziləri rəhbərlikdədir, bəziləri rəhbərlikdən gediblər. İkinci dərəcəli vəzifələrdə olanlar da var. Bu gün qoşunlar tükənib, yorğundur və artıq ruhdan düşmüş vəziyyətdədirlər. Çünki bu gün Rusiya ərazisində Belarusdan başlayaraq Xarkova qədər sərhəd boyu gedən proseslər daimi gərginlikdir. Və onlar deyirlər: Bizə bu müharibə, bu manevrlər lazım deyil?”