18 Fevral 2022 22:25
1 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Milli Kosmos İdarəsinin hesabatına görə, yaxın 30 ildə dəniz səviyyəsi 30 santimetr yüksələcək. Bu artımın son 100 ildə yaşanan ümumi tendensiyanın həcminə uyğun gəldiyini bildirən elm adamları sözügedən yüksəlmə səbəbiylə bəzi sahil ölkələrinin su altında qala biləcəyinə diqqət çəkirlər.

Teleqraf.com xəbər verir ki, hesabatda qarşıdakı 30 ildə dəniz səviyyəsinin qalxması səbəbindən daşqınların əhəmiyyətli dərəcədə artacağı bildirilib.

Hesabatda növbəti 30 ildə okeanlardakı artımının son 100 ildəki ümumi artıma bərabər olacağı proqnozlaşdırılır.

NASA direktoru Bill Nelsonun sözlərinə görə, bu hesabat əvvəllər aparılan araşdırmaları təsdiqləyir: “Dənizlərin səviyyəsi həyəcanverici sürətlə yüksəlməyə davam edir və bütün dünya xalqlarını təhlükə altına alır”.

Nelson iqlim böhranını zəiflətmək üçün təcili hərəkətə ehtiyacın olduğunu söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər