18 Fevral 2022 22:58
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

2008-ci ildə Hindistanın Qucarat ştatının Əhmədabad şəhərində 50-dən çox insanın ölümünə səbəb olan silsilə terror aktlarına görə 38 şübhəli edam cəzasına məhkum edilib.

Teleqraf.com xəbər verir ki, hakim 38 müttəhimi qətldə, dövlətə qarşı müharibə aparmaq üçün sui-qəsddə və qanunsuz silah saxlamaqda təqsirli bilib.

İş üzrə 11 nəfərə ömürlük həbs, 28 nəfərə isə sübut olmadığı üçün bəraət hökmü çıxarılıb.

Hindistanda ilk dəfədir ki, bir iş üzrə bu qədər çox müttəhim edam cəzasına məhkum edilib. Hökm yuxarı instansiya məhkəməsi tərəfindən təsdiq olunmalıdır.

Hindlilər və müsəlmanlar arasında gərginliyin keçmişə gedib çıxdığı Əhmədabad şəhərində 2002-ci ildə əksəriyyəti müsəlman olan 1000-dən çox insanın ölümünə səbəb olan olaylar baş verib.

2008-ci ildə həmin şəhərin müxtəlif yerlərində həyata keçirilən bombalı hücumlarda 56 nəfər ölüb, 200-dən çox insan yaralanıb. Partlayışlara görə məsuliyyəti yerli terror qruplaşması öz üzərinə götürüb. Hindistanın hazırkı Baş naziri, o vaxt Qucarat əyalətinin lideri olan Nerandra Modi zorakılığa göz yummaqda ittiham olunurdu.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər