19 Fevral 2022 11:15
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Co Bayden Rusiyanın yaxın günlərdə Ukraynaya hücum etməyi planlaşdırdığını və paytaxt Kiyevin də hədəf alınacağına inandıqlarını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Co Bayden Ukrayna böhranı ilə bağlı mətbuat konfransı keçirib.

Bayden Rusiyanın yaxın günlərdə Ukraynaya hücum etməyi planlaşdırdığını və Ukraynanın paytaxtı Kiyevin də hədəf alınacağına inandıqlarını açıqlayıb.

“Rusiya planlarını həyata keçirsə, müharibəyə görə məsuliyyət daşıyacaq. Biz Ukraynaya qoşun göndərməyəcəyik, lakin dəstəyimizi davam etdirəcəyik”, - Bayden deyib.

O qeyd edib ki, Rusiya prezidenti Putinin Ukraynanı işğal etmək qərarını verdiyinə inanır: “Ukrayna işğal edilərsə, Rusiyaya qarşı hərtərəfli sanksiyalar tətbiq edəcəyik. İşğal başlayana qədər diplomatiya yox ola bilməz. Son günlər biz Rusiyanın dəstəklədiyi qüvvələr tərəfindən atəşkəsin ciddi şəkildə pozduğunun şahidi oluruq. Bu qüvvələr Donbasdakı hücumları Ukraynanın üzərinə atmaq istəyir. Rusiya da çox ciddi dezinformasiya kampaniyası aparır. Bütün bunların Rusiyanın Ukraynaya hücum etmək üçün istifadə etdiyi bəhanələrdir”.

Rusiyanın hazırda Ukrayna və Belarus sərhədində və Qara dənizdə 150 min əsgəri olduğuna diqqət çəkən Bayden bildirib ki, Rusiyanın önümüzdəki həftələrdə hücum edəcəyinə inanmaq üçün əsaslarımız var: “Bəli, mən hesab edirəm ki, Putin buna qərar verib”.


Müəllif: Nemət

Oxşar xəbərlər