Aram Poqosyan Ermənistan Silahlı Qüvvələrinin Maddi-Texniki Təminat Baş İdarəsinin yeni rəisi təyin edilib.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidentinin səlahiyyətlərini icra edən Alen Simonyan qərar imzalayıb.
O da qeyd olunur ki, bundan əvvəl Silahlı Qüvvələrin maddi-texniki təminat rəisi vəzifəsini tutan Romik Markaryan attestasiyanın nəticələrinə əsasən tutduğu vəzifəyə uyğun gəlmədiyi üçün azad edilib.