19 Fevral 2022 19:00
1 179
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çindəki məktəblərə ölkə lideri Si Cinpinin təlimlərini kurrikuluma əlavə etmək tapşırılıb.

Teleqraf.com xəbər verir ki, Çin Təhsil Nazirliyinin dərc etdiyi təlimatda 200 milyon şagirdin təhsil aldığı bütün orta və ali məktəblərin Kommunist Partiyasının müəyyən etdiyi “beş köməkçi prinsipi” qəbul etməsi şərti var.

Müvafiq olaraq, may ayından etibarən milyonlarla tələbə Cinpinin təlimlərini əzbərləməli olacaq. Qərar görə, ötən il partiyanın ölkə və sosializm sevgisi ilə bağlı fikirləri özündə əks etdirən “yeni əsr düşüncələri” adlandırılan qiymətləndirmələri dərsliklərə, o cümlədən ibtidai məktəblərin kitablarına daxil edilib.

Bu addımı tənqid edənlər Çin administrasiyasının məqsədinin Kommunist Partiyasını gücləndirmək olduğunu deyirlər.

Cinpin çıxışlarında Kommunist Partiyasının gücünün Çinin sabitliyinin təminatı olduğunu bildirir.


Müəllif: Nemət

Oxşar xəbərlər