Fevralın 24-də ABŞ prezidenti Co Bayden “Yeddilik” qrupunun (G7) dövlət başçıları ilə onlayn görüş keçirərək, Ukrayna ətrafındakı vəziyyəti və Rusiya ilə bağlı məsələləri müzakirə edəcək.
Teleqraf.com xəbər verir ki, bu məlumatı Ağ Ev açıqlayıb.
“Cümə axşamı prezident G7 liderləri ilə Rusiya və Ukrayna ilə bağlı mövcud vəziyyəti və Almaniyanın bu il G7-yə sədrliyinin prioritetlərini müzakirə etmək üçün görüş keçirəcək”, - məlumatda bildirilir.