Ukrayna prezidenti Vladimir Zelenski şənbə günü Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Böyük Britaniyanın baş naziri Boris Conson, Almaniya kansleri Olaf Şolz və ABŞ-ın vitse-prezidenti Kamala Harrislə görüşəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının ofisinin məlumatında deyilir.
v
Qeyd olunur ki, Ukrayna dövlət başçısının görüşləri arasında Boris Conson, Olaf Şolz, ABŞ-ın vitse-prezidenti Kamala Harrislə yanaşı beynəlxalq maliyyə institutlarının nümayəndələri və Ukraynanın digər tərəfdaşları və dostları ilə müzakirələr də nəzərdə tutulub.
Əlavə olunur ki, görüşlər çərçivəsində Zelenski Ukraynanın dayanıqlığını gücləndirmək üçün Kiyevə əlavə hərbi və maliyyə dəstəyinin göstərilməsi ilə bağlı konkret razılaşmalar əldə etməyi gözləyir.