20 Fevral 2022 17:52
987
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya 1945-ci ildən bəri Avropada ən böyük müharibəni planlaşdırır”.

Teleqraf.com xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiya-Ukrayna arasındakı gərginliyə münasibət bildirərkən deyib.

"Həqiqət budur ki, bütün əlamətlər bəzi aspektlərdə planın artıq başladığını göstərir. Kəşfiyyat məlumatları Rusiyanın Ukraynanın paytaxtı Kiyevi mühasirəyə alaraq işğala başlamaq niyyətində olduğunu göstərir. ABŞ Prezidenti Co Bayden Qərb liderlərinə kəşfiyyatın Rusiya qüvvələrinin Ukraynaya təkcə şərqdən, eləcə də Donbas üzərindən deyil, həm də Belarus və Kiyev ətrafı bölgədən daxil olmağı planlaşdırdığını dedi. Qorxuram ki, bizim gördüyümüz plan 1945-ci ildən bəri Avropada ən böyük müharibə ola bilər. İnsanlar təkcə ukraynalıların deyil, həm də rusiyalı gənclərin potensial itkilərini nəzərə almalıdırlar”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər