20 Fevral 2022 13:54
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden Ukrayna böhranını müzakirə etmək üçün gün ərzində Milli Təhlükəsizlik Şurasını toplayacaq.

Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin sözçüsü Cen Psaki açıqlayıb.

"Prezident Bayden Ukraynada gedən prosesləri izləməyə davam edir və mütəmadi olaraq milli təhlükəsizlik qrupu tərəfindən bölgədəki hadisələrlə bağlı məlumatlandırılır. Milli təhlükəsizlik qrupu Rusiyanın istənilən vaxt Ukraynaya hücum edə biləcəyini təsdiqləyib", - deyə Psaki əlavə edib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər