21 Fevral 2022 11:10
368
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələri (AFU) bu gün “Donetsk Xalq Respublikası”nın (DXR) Staromikhailovka kəndini iriçaplı minaatanlardan atəşə tutub, kəndə 14 mina atıb.

Teleqraf.com xəbər verir ki, bu barədə separatçı respublikanın Atəşkəs Rejiminə Nəzarət və Koordinasiya Birgə Mərkəzindəki nümayəndəliyi məlumat yayıb.

“Ukraynanın silahlı birləşmələri Staromikhailivka qəsəbəsi stiqamətində atəşkəsi pozub”, - nümayəndəlikdən bildiriblər. Qeyd olunur ki, Ukrayna təhlükəsizlik qüvvələri səhər saat 07:00-da Petrovskini atəşə tutub, kəndə 120 mm-lik 14 mina atılıb.

Qeyd edək ki, Donbasda təmas xəttində vəziyyət fevralın 17-i səhər saatlarından gərginləşib. Separatçı Donetsk və Luqansk rejimləri iddia edirlər ki, Ukrayna ordusu bilərəkdən atəşkəsi pozub.


Müəllif: Nemət

Oxşar xəbərlər