21 Fevral 2022 12:55
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya-Ukrayna xəttində gərginlik azalmır. Donbasda təzyiqin yüksəlməsindən sonra Rusiya və Belarus silahlı qüvvələrinin birgə təlimləri uzadılıb. Belarus bəyan edib ki, Rusiya qoşunları bir müddət ölkədə qalacaq.

Teleqraf.com xəbər verir ki, Rusiya silahlı qüvvələri gərginliyin artmasından sonra “S-300” hava hücumundan müdafiə sistemlərini Ukrayna sərhədinə göndərib.

Rusiya-Ukrayna sərhədindən çəkilən fotolarda maraqlı bir detal diqqət çəkib. Bəzi rus tanklarının üzərində Z hərfinin olduğu görülüb. Müzakirə mövzusuna çevrilən Z hərfinin sirri açılıb. İddiaya görə, bu, Ukrayna Prezidenti Vladimir Zelenskinin soyadının ilk hərfinə işarədir.

Digər tərəfdən İngiltərə Baş naziri Boris Conson növbəti dəfə Rusiya-Ukrayna xəttindəki gəlişmələrlə bağlı açıqlama verib.

Baş nazir Rusiyanın hər an Ukraynanı işğal edəcəyi iddiasını təkrarlayıb:

“Dəlillər göstərir ki, Rusiya lideri Vladimir Putin hər an Ukraynaya işğala başlaya bilər. Gerçəklik budur ki, bütün əlamətlər bəzi aspektlərdə planın artıq başladığını göstərir”.

İngilis nəşrlərinin iddialarına görə, Rusiya Ukraynaya hücumunda “Şok və dəhşət əməliyyatı” adlı metod tətbiq edəcək.

“Rusiya nüvə silahından istifadə etməyəcək, “bombaların atası” adlandırılan 44 tondan çox TNT-yə bərabər olan partlayıcıdan istifadə edəcək”, - məlumatda qeyd edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər