MDB baş nazirlərinin görüşü üçün Aşqabadda olan Rusiya baş naziri Dmitri Medvedev Türkmənistan dövlət başçı Qurbanqulu Berdimuhamedov ilə görüşüb.
Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, Medvedev görüşdə Rusiyaya tətbiq olunan ərzaq embarqosunu xatırladaraq Türkmənistan rəhbərliyinə ət və digər kənd təsərrüfatı məhsullarını Rusiyaya ixrac etməyi təklif edib:
“Bəzi sahələrdə əməkdaşlığımız ənənəvi hal alıb. İndi başqa sahələrdə də əməkdaşlıq etmək fürsəti yaranıb. Buna misal kimi keçdiyimiz günlərdə Moskvada Türkmənistan-Rusiya hökumətlərarası əməkdaşlıq komissiyasının növbəti iclası keçirilib. Bu toplantıda Rusiya Kənd Təsərrüfatı Nazirliyi rəsmiləri də iştirak edib. Kənd təsərrüfatı sahəsində əməkdaşlığı inkişaf etdirmək istəyirik”.
Samir