21 Fevral 2022 16:15
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Makronun Ukrayna böhranı ilə bağlı sammit təklifinə Rusiya cavab verib.

Teleqraf.com xəbər verir ki, Kreml ABŞ Prezidenti Co Baydenin də qatılacağı zirvə görüşünün keçirilməsinin hələ tez olduğunu bildirib.

Makron dünən amerikalı həmkarı ilə telefon danışığında Ukrayna ətrafındakı gərginliyi azaltmaq üçün Co Bayden və Rusiya lideri Vladimir Putinə zirvə görüşü təklif etmişdi. Fransa liderinin mətbuat xidməti liderlərin sammitlə bağlı prinsipial olaraq razılığa gəldiklərini açıqlamışdı. Ağ Ev də Rusiyanın Ukraynaya müdaxilə etməməsi şərti ilə buna razılığın verildiyini bildirmişdi.

AFP-nin məlumatına görə, Kreml sözügedən sammitin keçirilməsi üçün hələ tez olduğunu açıqlayıb.

Bu arada, Kremlin sözçüsü Dmitri Peskov Putinlə Makronun bir gündə iki dəfə telefonda danışdığını açıqlayıb.

Peskov jurnalistlərə verdiyi açıqlamada dünən Putin və Makron arasında baş tutan telefon danışığından sonra Makronun təşəbbüsü ilə yerli vaxtla saat 01:00 radələrində ikinci telefon dialoqunun baş tutduğunu bildirib.

“Dövlət başçıları Ukrayna ətrafındakı vəziyyətlə bağlı danışıqları davam etdiriblər”, - Peskov deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər