21 Fevral 2022 17:32
7 390
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ BMT-yə Rusiyanın Ukraynaya müdaxilədən sonra “öldürüləcək ukraynalıların siyahısı”nı hazırladığı barədə məlumat aldığını bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti məlumat yayıb.

ABŞ-ın BMT-nin Cenevrə ofisindəki daimi nümayəndəsi Batşeba Kroker məktubunda bəzi şəxslərin hədəfə alınaraq öldürüləcəyini bildirib.

BMT-yə bildirilib ki, Moskvanın işğaldan sonrakı planına müəyyən şəxslərin öldürülməsi və onlara işgəncələrin verilməsi daxildir. O, kəşfiyyat məlumatları ilə bağlı təfərrüatları açıqlamayıb.

Məktubda Kroker Moskvanın hədəflərində Rusiya və Belarusdan Ukraynaya qaçan müxaliflərin də olacağını deyib.

“Konkret desək, onlar ya Rusiya qüvvələri tərəfindən öldürüləcək və ya düşərgələrə göndəriləcək”, - Kroker bildirib.

Amerikalı diplomat əlavə edib: “Hədəfə alınan ukraynalıların adları olan siyahı hazırlanır. Bunu təsdiq edən etibarlı məlumatımız var”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər