Donetsk vilayətində atəş nəticəsində iki ukraynalı hərbçi həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı Milli Polis Feysbuk hesabında yayıb.
"Qanunsuz silahlı birləşmələr Novoluqanskoye qəsəbəsini atəşə tutub, bir dinc sakin həlak olub, evlərə ziyan dəyib. Sutka ərzində atəş nəticəsində rayonun səkkiz yaşayış məntəqəsində 43 minə yaxın sakin işıqsız və ya susuz qalıb", - məlumatda deyilir.