Ukrayna Prezidenti Vladimir Zelenski Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişellə görüşməyi planlaşdırdığını bildirib.
Teleqraf.com xəbər verir ki, Zelenski görüşlərdə Rusiyanın qondarma Donetsk və Luqansk respublikalarını tanınmasını müzakirə edəcəyini deyib.
Zelenski Tvitter hesabından verdiyi açıqlamada Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasından sonra Böyük Britaniya Baş naziri Boris Consonla mövcud vəziyyəti müzakirə etdiyini söyləyib.
Vladimir Putin Ukraynanın işğal edilmiş Donbas bölgəsindəki separatçı rejimləri tanımağa icazə verən iki “fərman” imzalayıb.