Qazaxıstanın qondarma Donetsk və Luqansk respublikalarının müstəqilliyini tanıması məsələsi gündəmdə deyil, ölkənin bu məsələ ilə bağlı rəsmi mövqeyi bu gün Təhlükəsizlik Şurasının iclasında qəbul ediləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan Xarici işlər naziri Muxtar Tleuberdinin açıqlamasında bildirilib.
“Hazırda Qazaxıstanın rəsmi mövqeyi hazırlanır, yaxın bir neçə saat ərzində Təhlükəsizlik Şurasının iclası keçiriləcək və bu iclasda rəsmi mövqeyimizi qəbul edəcəyik. Amma sizi əmin edirəm ki, Donetsk və Luqansk respublikalarının (separatçıların – red.) tanınmasından söhbət gedə bilməz. Biz beynəlxalq hüququn əsaslarından və BMT nizamnaməsinin əsas prinsiplərindən çıxış edirik”, - Tleuberdi deyib.