ABŞ və Çin arasında Tayvan məsələsi getdikcə qızışır. Pekindən Vaşinqtona növbəti xəbərdarlıq edilib.
Teleqraf.com xəbər verir ki, rəsmi Pekinin açıqlamasında ABŞ-ın Tayvanla bağlı addımlarının qarşıdurmaya çevrilə biləcəyi bildirilib.
Pekin xəbərdarlıq edib ki, ABŞ-ın Tayvandan istifadə edərək Çinə nəzarət etmək cəhdləri səhvdir. Açıqlamada qeyd olunub ki, Vaşinqtonun zorakı rəqabəti qarşıdurmaya çevrilə bilər.
Çin Xarici işlər naziri Vanq Yi ABŞ Dövlət katibi Entoni Blinkenə telefon danışıqları zamanı deyib ki, Tayvanı Hind-Sakit okean planına daxil etmək cəhdləri yanlış siqnallar verir.