“Suriya Prezidenti Bəşər Əsəd Dəməşqin Luqansk və Donetsk respublikalarını (separatçı – red.) tanımağa hazır olacağını bildirib”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının müdafiə komitəsi rəhbərinin müavini Dmitri Sablin deyib.
“Əminəm ki, Rusiyadan sonra DXR və LPR müttəfiqlər və dostlar tərəfindən tanınacaq. Mən Suriya prezidenti Bəşər Əsədlə Donbassdakı vəziyyət barədə danışmışam. O, Suriyanın da onları tanımağa hazır olacağını bildirib. Əsəd artıq Cənubi Osetiya və Abxaziyanı tanıyıb”, - Sablin bildirib.