Ukrayna israr edir ki, Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiqi vaxtı çatıb. Emosiyaların dalğalanmasına baxmayaraq biz indi əsas məsələyə, Rusiyanı cilovlamaq üçün lazım olan qərarların qəbuluna yönəlmişik. Bu gün mənim bir neçə - ABŞ dövlət katibi, Kanada, Böyük Britaniya xarici işlər nazirləri, Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi ilə telefon danışığım olub. Əsas mövzu budur ki, sanksiyalar var idi, gizlədəcək heç nə yoxdur”.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.
O əlavə edib ki, indi əsas məsələ Rusiya Federasiyasına qarşı sanksiyaların nə vaxt tətbiq edilməsidir: “Bizim mövqeyimiz aydındır. Rusiyaya qarşı sanksiyalar tətbiq etmək lazımdır və bunun vaxtı çatıb”.
Nazir qeyd edib ki, Ukrayna bütün mümkün beynəlxalq formatları, beynəlxalq görüşləri çağırır və Rusiyanı cilovlamaq üçün mövcud olan bütün beynəlxalq mexanizmlərdən istifadə edərək sammitlərin keçirilməsində israrlıdır: “Hamımız nə baş verdiyini və Rusiyanın bizə qarşı necə təxribat etdiyini mükəmməl başa düşürük. Vəziyyətin qarşısını almaq üçün indi müdriklik və təmkin nümayiş etdirməliyik. Ukrayna prezidenti də hədsiz gərgin gün keçirib, bir sıra dövlət başçıları ilə telefon danışığı aparıb. Biz hamımız Ukraynanın milli maraqlarını qorumaqla məşğul olacağıq. Bu, bir nömrəli vəzifədir. Amma burada strateji vəzifə də var - hazırki vəziyyətdə Ukrayna üçün faydalı olan ən sərfəli həll yolunu tapmaq”.