Bolqar görücü Vanqanın Rusiya ilə bağlı proqnozları yenidən gündəmə gəlib. “Balkanın Nostradamusu” adlandırılan məşhur görücü illər əvvəl Rusiya Prezidenti Putinin “Dünyanın hökmdarı” olacağını iddia etdiyi bildirilib.
Teleqraf.com xəbər verir ki, bütün dünyanın həyəcanla izlədiyi Rusiya-Ukrayna sərhədində gərginlik artmaqda davam edərkən, dünya mediası baş verənlərin Üçüncü Dünya Müharibəsinə səbəb olacağını yazmağa başlayıb.
Bölgədəki gərginlik Vanqanı yenidən yada salıb. SSRİ-nin “Kursk” sualtı gəmisinin batmasından tutmuş 11 sentyabr olaylarına qədər bir çox tarixi hadisələri əvvəlcədən “görən” Vanqanın illər öncə Rusiya haqda fikir səsləndirdiyi də üzə çıxıb.
Rusiyanın Ukraynaya hücumu ilə Vanqanın illər əvvəl verdiyi başqa bir proqnoz gündəmə gəlib. Vanqa Rusiyanın dünyanı idarə edəcəyini, Putinin “Dünyanın hökmdarı” olacağını iddia edib.
Vanqanın kəhanətləri 2018-ci ildə bir çox media orqanlarında, xüsusən də Britaniya mətbuatında yer alıb, onun 1979-cu ildə Rusiyanın güclənəcəyi ilə bağlı iddiası gündəmə gəlib.
Vanqa deyib: “Hər şey əriyib yox olacaq, yalnız Vladimir və Rusiyanın şöhrəti qalacaq. Rusiya nəinki salamat qalacaq, həm də dünyaya hakim olacaq”.
“The Sun” qəzetində dərc olunan məqalədə Vanqanın jurnalist Valentin Sidorova belə açıqlama verdiyi də qeyd olunub. Bildirilib ki, Vanqa Rusiya və Vladimir haqqında proqnozunu verəndə Putinin cəmi 27 yaşı olub.