23 Fevral 2022 10:21
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski ehtiyatda olan hərbçilərin xüsusi dövrlərdə xidmətə çağırılması haqqında fərman imzalayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna prezidenti sosial şəbəkə hesabında bildirib.

Zelenski sosial şəbəkədə paylaşdığı videomüraciətdə hazırda səfərbərliyə ehtiyac olmadığını bildirib. Zelenski ordunun gücləndirilməsinin zəruri olduğunu və bu səbəbdən ehtiyatda olan hərbçilərin xüsusi dövrlərdə xidmətə çağırılması haqqında fərman imzaladığını bildirib.

Qeyd edək ki, Ukraynada 2021-ci ilin noyabrında təsdiq edilən qanun ehtiyatda olan hərbçilərin “xüsusi dövrlərdə” səfərbərlik elan etmədən orduya çağırılmasına icazə verir.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Rusiyanın qondarma Donetsk və Luqansk xalq respublikalarının tanınmasına icazə verən iki fərman imzalayıb. Rusiya Parlamentinin yuxarı palatası - Federasiya Şurası Putinin Rusiya ordusunun Rusiya ərazisindən kənarda yerləşdirilməsinə dair müraciətini təsdiqləyib.


Müəllif: Nemət

Oxşar xəbərlər