23 Fevral 2022 11:09
1 126
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukraynanın şərqindəki qondarma respublikaları tanıdığını elan etməsindən sonra gərginlik pik həddə çatıb. Qərb bloku bir-bir sanksiya bəyanatları verməyə başlayıb.

Teleqraf.com xatırladır ki, üç gün bundan əvvələ qədər qərb ölkələri elan edirdilər ki, əgər Rusiya Ukraynaya müdaxilə edərs, çox ölümcül sanksiyalar tətbiq ediləcək və beləcə Rusiyanın qazancı itirdiklərinin yanında heç olacaq.

Artıq Rusiya separatçı respublikaları tanımaqla yanaşı Ukraynanın qanuni ərazisi olan bu əraziləri ordu yeridib.

Bəs bunun qarşılığında qərb ölkələri hansı sanksiyaları tətbiq ediblər?

Böyük Britaniyanın Baş naziri Boris Conson parlamentdə çıxışı zamanı bildirib ki, şəxsən Ukrayna lideri Vladimir Zelenski ölkəsinin ərazi bütövlüyünü qorumaq üçün hər dsətəyi edəcək. Rusiyanın 5 bankına sanksiya elan etdiklərini açıqlayan Conson bəzi şəxslərin İngiltərəyə girişinə qadağa qoyulacağını deyib: “Görünməmiş sanksiyalar qüvvəyə minəcək”.

Avropa Şurasının prezidenti Çarlz Mişel və Avropa İttifaqı Komissiyasının başçısı Ursula Von Der Leyen Rusiyaya qarşı sanksiyalarla bağlı məlumat veriblər. Aİ-nin sanksiyaları Rusiya hökuməti və dövlətinin Avropadakı pul və maliyyə bazarlarına çıxışını hədəfə alacaq. Bundan əlavə sanksiyalar Rusiyanın separatçı bölgələrdə əməliyyatlarını maliyyələşdirən banklara da tətbiq edəcək.

Aİ Komissiyasının sədri Ursula fon der Leyen deyib ki, Rusiyaya qarşı ilk sanksiyalar paketi Aİ xarici işlər nazirlərinin görüşündən sonra rəsmən təqdim olunacaq:

“Rusiyaya qarşı sanksiyalar paketinə bu işdə iştirak edənlər də (Ukraynadakı separatçı zonaların tanınması qərarında) daxil olacaq. Rusiya əməliyyatlarını maliyyələşdirən banklara qarşı sanksiyalar tətbiq olunacaq”.

Almaniya Rusiyadan birbaşa təbii qaz axınına başlayacaq “Şimal axını 2” boru kəmərini dayandırıb. Amma bunun müvəqqəti hal kimi nəzərdə tutulduğuna heç bir şübhə yoxdur.

ABŞ Prezidenti Bayden isə Ukrayna ərazisində yaradılan separatçı respublikalar-Donetski və Luqanska qarşı sanksiyalar tətbiq edib. Bu ərazilərdə ABŞ dollarının istifadəsi qadağan edilib, həmçinin separatçı bölgələrdə ABŞ vətəndaşlarının hansısa formada iş görməsi mümkünsüz hesab edilib.


Müəllif: Nemət

Oxşar xəbərlər