“Prezident Ərdoğanın Ukrayna-Rusiya məsələsində verdiyi bütün açıqlamaları dəstəkləyirəm”.
Teleqraf.com xəbər verir ki, bunu türk jurnalist Nagehan Alçı deyib.
Ukraynanın müharibənin astanasında olduğunu bildirən Alçı Rusiyanın getdikcə daha çox imperiya dövləti kimi davrandığını söyləyib.
Onun sözlərinə görə, Ukraynanın Rusiyaya qarşı etirazları əvvəlcə Krımın Rusiya tərəfindən ilhaqına, sonra isə Donbasın işğalı ilə nəticələnən gəlişmələrə yol açdı.
Alçı qeyd edib ki, nə Rusiya, nə də ABŞ yanında olmaq lazımdır, bir ölkənin müstəqillik uğrunda mübarizəsinin yanında durulmalıdır:
“Türkiyənin hazırkı xarici siyasəti də bu çərçivəyə uyğundur. Türkiyənin Ukrayna böhranında Rusiyanın müdaxiləçi mövqeyinə qarşı Ukraynanın ərazi bütövlüyünü müdafiə etmə üsulunu çox düzgün hesab edirəm. Prezident Ərdoğanın Ukrayna-Rusiya məsələsi ilə bağlı verdiyi bütün bəyanatları dəstəkləyirəm.
Ən qəribəsi odur ki, indiki hakimiyyəti kifayət qədər antiimperialist olmadığına görə tənqid edən bəzi “sol” dairələr bu böhranda rusiyaçı olublar. Ağzından “antiimperializm” sözünü əksik etməyənlər Rusiyadan imperializm gələndə kor və kar olurlar”.