Kreml Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında fevralın 23-nə planlaşdırılan telefon danışıqlarını təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Bəli. Həqiqətən də belə bir söhbət planlaşdırılır”, – deyə Kremlin sözçüsü RİA Novosti-yə bildirib.