BMT Baş katibi Pan Gi Mun Qüdsdə baş verənlərlə bağlı Fələstin Dövlət başçısı Mahmud Abbas və İsrail Baş naziri Binyamin Netanyahu ilə telefon danışıqları aparıb. O, hər iki siyasi liderdən yaranmış gərginliyin azaldılması üçün təşəbbüs göstərmələrini istəyib.
BMT Baş Katibliyinidən verilən məlumata görə, Pan Gi Mun tərəflərlə söhbət əsnasında 18 noyabrda sinaqoqda reallaşdırılan hücumla bağlı yaşadığı kədəri vurğulayıb. Baş katib son həftələrdətərəflər arasında sürətlə artan şiddət hadisələrindən narahatlığını diqqətə çatdırıb.
BMT rəhbəri bildirib ki, müqəddəs məkanlarda mövcud vəziyyət, sabitlik qorunmalı, təzyiq, şiddət aradan qaldırılmalıdır: "Qüdsdə gərginliyin artması İsrail-Fələstin qarşıdurmasının çox sürətli bir şəkildə dini qarşıdurmaya çevrilməsinə səbəb ola bilər".
Xatırladaq ki, İsrail əsgərlərinin 1967-ci ildən bəri ilk dəfə Məscidül Əqsada zorakılıq etməsinin ardınca 18 noyabrda Qərbi Qüdsdə bir sinaqoqa təşkil edilən hücumda 5 israillinin həyatını itirməsi şəhərdəki gərginliyi artırmışdı.
Nail Cəlil