Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 268 nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca “twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.
Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 464 085 nəfərin test edildiyi, 86 600 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 95 526 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.