24 Fevral 2022 00:35
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Cozef Bayden öz administrasiyasına “Şimal axını 2” qaz kəmərinin operatoru olan “Nord Stream 2 AG” və onun rəhbərliyinə qarşı sanksiyalar tətbiq etmək barədə göstəriş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin yaydığı yazılı bəyanatda deyilir.

Qeyd edək ki, “Şimal axını – 2” Rusiyadan Baltik dənizi üzərindən Almaniyaya çəkilən 1 234 km uzunluğunda magistral qaz xəttidir və “Şimal axını” qaz xəttinin genişlənməsini nəzərdə tutur. Onun cari ilin əvvəlində istismara veriləcəyi gözlənilirdi.

“Şimal axını – 2”nin təsisçisi “Qazprom”dur. “Qazprom”un 2017-ci il məlumatına görə, layihənin dəyəri 9,5 milyard avro təşkil edib ki, bunun da yarısı Avropa şirkətləri olan “Engie”, OMV, “Shell”, “Uniper” və “Wintershall Dea” tərəfindən maliyyələşdirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər