24 Fevral 2022 09:21
1 106
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden Rusiyanın Ukraynanı işğal etmək əməliyyatına reaksiya verib.

Teleqraf.com xəbər verir ki, prezident Bayden Vladimir Putinin müharibəni seçdiyini bildirib.

"Bu müharibəyə, insan itkilərinə görə tək məsuliyyət Rusiyanın üzərindədir", - Bayden deyib.

Prezident qeyd edib ki, Ukrayna xalqını dəstəkləyir.

Əlavə edək ki, gün ərzində Bayden Rusiyanın Ukraynanın işğalına dair canlı yayımda müraciət edəcək.


Müəllif: Nemət

Oxşar xəbərlər