“Rusiyanın Donbassdakı xüsusi əməliyyatı uzun sürməyəcək, bunu Prezident Vladimir Putin çıxışı zamanı açıqlayıb”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi rəhbərinin birinci müavini Andrey Krasov deyib.
“Düşünmürəm ki, bu, çox çəkəcək. Vladimir Putin xalqa müraciəti zamanı Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinə də müraciət edib ki, silahlarını yerə qoysunlar”, - parlamentari qeyd edib.
Putin bundan əvvəl Ukraynaya qarşı xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini bildirib. Ruslara müraciətində o, bildirib ki, yaranmış vəziyyət Rusiyadan qəti və dərhal hərəkətə keçməyi tələb edir.