Ukrayna Dövlət Sərhəd Xidmətinin Kiyev vilayətində obyektlərindən biri rus ordusunun raket sistemlərindən atəşə tutulub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna DSX-nin mətbuat xidməti məlumat yayıb.
“Düşmən təkcə sərhəddəki bölmələrə deyil, həm də arxa cəbhədəki obyektlərə hücum edir. Ukrayna Dövlət Sərhəd Xidmətinin Kiyev vilayətində obyektlərindən biri atəşə tutulub. Çox güman ki, raket silahlarındandır”, - açıqlamada qeyd edilib.
Açıqlamada bildirilib ki, DSX bölmələri öz vəzifələrini yerinə yetirməkdə davam edir və Silahlı Qüvvələrin bölmələri və hüquq-mühafizə orqanları ilə birlikdə Ukraynanı Rusiyanın silahlı təcavüzündən qoruyur.