Ukraynanı işğal etməyə dəyməz.
Teleqraf.com xəbər verir ki, bunu “Kommersant”a rusiyalı diplomatik mənbə bildirib.
Onun sözlərinə görə, Ukrayna ilə mümkün sülh müqaviləsinin şərtləri Prezident Vladimir Putin tərəfindən açıqlanıb: “Qonşu ölkənin neytrallığı, onun demilitarizasiyası, Krımın Rusiya ərazisi kimi tanınması. “Hazırda Qərbin dəstəyi ilə Rusiyaya qarşı tikilən hərbi obyektlər məhv edilir. Bundan əvvəl Ukraynanın hərbi inkişafının yolverilməzliyi ilə bağlı xəbərdarlıqlar edilib. Əgər Zelenski öz ölkəsini düşünürsə, Ukrayna ordusuna müqavimət göstərməli deyil, silahı yerə qoymalı olduğunu deməlidir”, - deyə mənbə bildirib.
Bununla yanaşı, diplomat vəziyyətin gələcəkdə necə inkişaf edə biləcəyini söyləməkdə çətinlik çəkib.