“İşğalçılar Zmiyniy adasındakı İzmail sərhəd qoşunlarının təslim olmasını tələb edirlər”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.
“Zmiyniy adasına iki hədəf yaxınlaşıb. İşğalçılar İzmail sərhədçilərindən təslim olmağı tələb edirlər. Təcavüzkar naviqasiya təhlükəsizliyi üçün beynəlxalq kanaldan istifadə edir. Sərhədçilər müdafiəni öz üzərinə götürüb”, - məlumatda bildirilib.
Adadakı Ukrayna qüvvələrinin mühasirədə olması haqda məlumat var.